Millətlər Liqası: Türkiyədən inamlı qələbə, Gürcüstan Ermənistanı darmadağın edib - YENİLƏNİB

Xəbərlər
20 Mart 2025 22:56
295
Millətlər Liqası: Türkiyədən inamlı qələbə, Gürcüstan Ermənistanı darmadağın edib - YENİLƏNİB

Bu gün Millətlər Liqasında pley-off matçlarına start götürüb.

İdman.biz xəbər verir ki, A Liqasının üçüncüləri ilə B Liqasının ikincilərinin pley-offunda ilk qarşılaşma baş tutub.

Türkiyə yığması Macarıstanla üz-üzə gəlib. Türkiyə 3:1 hesabı ilə qalib gələrək, cavab matçı öncəsi böyük üstünlük qazanıb.

B Liqasının üçüncüləri də yerlərini qorumaq üçün C Liqasının ikinciləri ilə duelə başlayıb. Gürcüstan yığması səfərdə Ermənistanı darmadağın edib. Qonşularımızın oyununda 3:0 hesabı qeydə alınıb.

Millətlər Liqası
20 mart

A Liqasına vəsiqə uğrunda pley-off
21:00. Türkiyə - Macarıstan - 3:1
Qollar: Orkun, 9. Kerem, 69. İrfancan, 73 - Şafer, 25

B Liqasına vəsiqə uğrunda pley-off
21:00. Ermənistan – Gürcüstan - 0:3
Qollar: Koçoraşvili, 33. Mikuatedze, 37; 59.
Qeyd edək ki, cavab oyunları martın 23-də keçiriləcək.

İdman.biz