“Yuventus” qapıçısını yeddi aylıq itirdi

23 Sentyabr 2026 20:59
76
“Yuventus” qapıçısını yeddi aylıq itirdi

“Yuventus”un qapıçısı Kamil Qrabara xaçvari bağlarının qırılması səbəbindən uzun müddətə sıradan çıxıb.

İdman.Biz xəbər verir ki, qolkiper məşq zamanı ağır zədə alıb və əməliyyat olunmaq məcburiyyətində qalıb. 27 yaşlı polşalı futbolçuya sağ dizin ön xaçvari bağının qırılması diaqnozu qoyulub və çərşənbə günü o, əməliyyat olunub.

İtaliya mətbuatının məlumatına görə, bərpa prosesi yeddi ayadək çəkəcək.

Qrabaranın zədəsi “Yuventus”dakı parlaq debütündən cəmi bir neçə gün sonra baş verib. Qapıçı Avropa Liqasında NEK-lə oyunda (5:0) qapısını toxunulmaz saxlamışdı.

İdman.Biz