Eriksen “Volfsburq”dan ayrıldı – dörd ay əvvəl meydanda huşunu itirmişdi

23 Sentyabr 2026 20:25
65
Eriksen “Volfsburq”dan ayrıldı –  dörd ay əvvəl meydanda huşunu itirmişdi

Danimarkalı futbolçu Kristian Eriksen Almaniyanın “Volfsburq” klubunu tərk edib.

İdman.Biz xəbər verir ki, tərəflər müqavilənin vaxtından əvvəl ləğv edilməsi barədə razılığa gəliblər.

“Hazırda onun üçün Danimarkadakı ailəsinə daha yaxın olmaq vacibdir. Yaşıl-ağ rənglər altında keçirdiyin vaxt üçün təşəkkürlər və hər şeyin ən yaxşısını arzulayırıq, Kristian!” – komandanın mətbuat xidmətinin bəyanatında deyilir.

İyunun 7-də Ukraynaya qarşı keçirilən yoldaşlıq oyunu zamanı Eriksen meydanda yıxılaraq huşunu itirmişdi.

Bu insident Eriksen üçün ilk deyildi – o, daha əvvəl AVRO-2021-in Finlandiyaya qarşı matçında ürək tutması keçirmişdi.

Keçən mövsüm Eriksen “Volfsburq”un heyətində 34 oyun keçirib. Onun klubla müqaviləsi isə 2027-ci ilə qədər nəzərdə tutulmuşdu.

İdman.Biz