“Real Madrid”in futbolçusu Vinisius Juniorun baş məşqçi Joze Mourinyonun rəhbərliyi altında meydanda keçirdiyi vaxt əvvəlki mövsümlə müqayisədə azalıb.
İdman.Biz “AS” nəşrinə istinadən xəbər verir ki, braziliyalı futbolçu hazırda hər qarşılaşmada sabiq baş məşqçi Xabi Alonsonun dövründəkindən orta hesabla 12 dəqiqə az oynayır.
Vinisius cari mövsümdə 801 dəqiqə meydanda olub. Ötən mövsümün eyni mərhələsində isə bu göstərici 1284 dəqiqə təşkil edirdi.
Müqayisə üçün, 2024/2025 mövsümünün analoji dövründə braziliyalı futbolçu 1420 dəqiqə oyun vaxtı qazanmışdı.
Mourinyonun rəhbərliyi altında Vinisiusun hər matçda orta oyun vaxtı 72,8 dəqiqəyə düşüb. Xabi Alonsonun dövründə isə bu göstərici 85,6 dəqiqə idi.
Qeyd edək ki, Vinisius cari mövsümdə bütün turnirlərdə 12 oyuna çıxaraq bir qol vurub və üç məhsuldar ötürmə edib.
