Ronaldunun iki böyük hədəfi: 1000-ci qol və Millətlər Liqası

23 Sentyabr 2026 20:45
72
Ronaldunun iki böyük hədəfi: 1000-ci qol və Millətlər Liqası

“Əl-Nəsr”in və Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu futbol karyerasında çatmaq istədiyi iki hədəfi açıqlayıb.

İdman.Biz xəbər verir ki, Ronaldu “Record”a açıqlamasında hədəflərinin 1000-ci qolu vurmaq və Millətlər Liqasında qalib gəlmək olduğunu bildirib.

“Mənim hədəfim – 1000-ci qol və Millətlər Liqasında qələbədir. Bu yeni dövrdür və biz məruz qaldığı bütün hücumlara baxmayaraq, məşqçi Martinesi gördüyü işə görə təbrik etməliyik. İndi bizim hamının tanıdığı baş məşqçimiz Jorje Jezuş var və əminəm ki, hər şey yaxşı olacaq”, – deyə Ronaldu vurğulayıb.

Milli komandanın baş məşqçisi Jorje Jezuş futbolçunun Millətlər Liqasının birinci turunda Uelslə oyunda start heyətində meydana çıxacağını təsdiqləyib. Oyun cümə axşamı, sentyabrın 24-də Lissabondakı “Joze Alvalade” stadionunda keçiriləcək.

İdman.Biz