16 oyunluq təyinat: Cəmi 3 qələbə

Xəbərlər
17 Mart 2025 09:39
137
16 oyunluq təyinat: Cəmi 3 qələbə

“Səbail” istefaya göndərilən Cavid Hüseynovun baş məşqçiliyi dövründə 16 oyun keçirib.

İdman.biz xəbər verir ki, Bakı klubu çempionatda 13, kubokda 3 matça çıxıb.

Hüseynovun yetirmələri Premyer Liqada 2 qələbə və heç-heçə əldə edib. 7 dəfə uduzan paytaxt təmsilçisi 5 qol vurub, 13-nü buraxıb.

Baş məşqçi cəzalı olduğundan kubok görüşlərinə komandanı köməkçisi çıxarsa da, Hüseynov kənardan “Səbail”ə rəhbərlik edib. Bu 3 qarşılaşmada 1 qələbə və 2 məğlubiyyəti olan bakılılar 3 qol vurub, 4-nü buraxıb.

Ümumilikdə, 16 görüşdə 3 qələbə və 4 heç-heçəsi olan “Səbail” 9 dəfə uduzub. 8 qol vuran bakılılar 17 top buraxıb.

Qeyd edək ki, Hüseynov Misli Premyer Liqasının XXVII turunun “Neftçi” ilə matçından (1:2) sonra istefaya göndərilib.

İdman.biz