Millimizdən ilk qələbə - YENİLƏNİB

Xəbərlər
15 Mart 2025 17:57
210
Millimizdən ilk qələbə - YENİLƏNİB

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi növbəti oyununu keçirib.

İdman.biz xəbər verir ki, yığmamız AVRO-2025-in ikinci seçmə mərhələsində II turun görüşünə çıxıb.

B liqasının oyunları Bakıda keçirilən II qrupunda çıxış edən millimiz Bolqarıstanla görüşüb. İlk turda Lüksemburqa 0:5 hesabı ilə uduzan komandamız bu dəfə azarkeşlərini sevindirib – 3:2.

Qeyd edək ki, qrupda turun digər oyununda Lüksemburq Maltanı da 5:0 hesabı ilə məğlub edib.

AVRO-2025-in II seçmə mərhələsi
B liqası, II qrup
15 mart, II tur
16:00. Bolqarıstan - Azərbaycan – 2:3

Monika Baliova, 45+2, Katerina-Mariya Ravnaçka, 90+1 - Xanım Əsədova, 13, 75, Ayşən Salamzadə, 90+3
Bayıl stadionu

1

Lüksemburq

2

2

0

0

10-0

6

2

Bolqarıstan

2

1

0

1

7-3

3

3

Azərbaycan

2

1

0

1

3-7

3

4

Malta

2

0

0

2

0-10

0

İdman.biz