“Qarabağ” UEFA Avropa Liqasında mübarizəyə I təsnifat mərhələsindən başlayacaq.
İdman.Biz xəbər verir ki, bu barədə Ağdam klubunun rəsmi saytı məlumat yayıb.
Bu raundun püşkü iyunun 16-da atılacaq, oyunları isə iyulun 9-da və 16-da keçiriləcək.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasının 32-ci turunda “İmişli”ni 3 cavabsız qolla məğlub edən “Qarabağ”ın (66 xal) mövsümü 2-ci pillədə başa vuracağı dəqiqləşib. Bu gümüş medal klub tarixinə Azərbaycan çempionatlarında 20-ci mükafat kimi düşüb. 12 “qızıl” və 3 “bürünc”ü olan “Qarabağ” 5-ci dəfə "gümüş"ə sahib çıxıb.
