Warning: opendir(/home/idmanbiz/www/cache/): failed to open dir: No such file or directory in /home/idmanbiz/www/classes/Cache/Lite.php on line 642
Azərbaycan millisinin kapitanı kim olacaq? - İdman və Biz

Azərbaycan millisinin kapitanı kim olacaq?

Xəbərlər
13 Mart 2025 11:31
246
Azərbaycan millisinin kapitanı kim olacaq?

Azərbaycan millisinin kapitanı bəlli olub.

İdman.biz xəbər verir ki, bunu yığmasının baş məşqçisi Fernandu Santuş açıqlayıb.

Portuqaliyalı mütəxəssis Haiti və Belarusla yoldaşlıq oyunlarına həsr olunan mətbuat konfransında bu görüşlərdə kapitanlıq sarğısının kimə həvalə olunacağına aydınlıq gətirib. Hər iki matçda komandanı meydana kapitan kimi Bədavi Hüseynov çıxaracaq. Vitse-kapitan isə yaxın günlərdə müəyyənləşdikdən sonra açıqlanacaq.

Qeyd edək ki, millimiz martın 22-də Sumqayıtda Haiti, üç gün sonra Bakıda Belarusla üz-üzə gələcək.

İdman.biz