Türkiyə Super Liqası təmsilçisi 3-cü liqa klubuna uduzub, Diniyevin komandası mərhələ adlayıb

Xəbərlər
1 Noyabr 2023 18:21
178
Türkiyə Super Liqası təmsilçisi 3-cü liqa klubuna uduzub, Diniyevin komandası mərhələ adlayıb

Futbol üzrə Türkiyə kubokunun 1/64 final oyunlarında sensasiya qeydə alınıb.

İdman.biz xəbər verir ki, Super Liqası təmsilçisi “İstanbulspor” evdə 3-cü Liqa klubu “Kəpəz Bələdiyəspor”la bacarmayıb.

İstanbul təmsilçisi 2:3 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.

Milli komandamızın üzvləri Bəxtiyar Həsənəlizadə və Coşqun Diniyevin formasını geyindiyi klublar da yarışa qoşulublar.

Həsənəlizadənin şərəfini qoruduğu “Tuzlaspor” yarışla erkən vidalaşıb. Onlar gözlənilmədən öz meydanlarında 3-cü liqa təmsilçisi “Çankayaya” uduzublar.

Coşqunun çıxış etdiyi “Ümraniyəspor” isə “Orduspor”u 5:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, 1/64 final mərhələsinə sabah yekun vurulacaq.

Emin Ağa

İdman.biz