Alaba yenidən zədələnib

4 Fevral 2025 16:55
346
Alaba yenidən zədələnib

“Real”ın futbolçusu David Alaba yenidən zədələnib.

İdman.biz xəbər verir ki, müayinələr müdafiəçinin xəsarət aldığını təsdiqləyib.

Alabada sol ayağın adduktor əzələsinin zədələnməsi aşkarlanıb. Futbolçunun nə vaxt məşqləri bərpa edəcəyi dəqiqləşməyib.

Qeyd edək ki, bir ilə yaxın meydanlardan kənar qalan müdafiəçi komandaya yeni qoşulmuşdu.

İdman.biz

Məqalədə: