Misli Premyer Liqasının XX turu bu gün Şamaxıda başlayacaq.
İdman.biz xəbər verir ki, turun ilk matçında üz-üzə gələcək “Şamaxı” ilə “Zirə” ölkə çempionatlarında 34-cü dəfə qarşılaşacaq.
Bunadək baş tutan 33 oyunda üstünlük Bakı klubunun tərəfindədir. Düzdür, Şamaxının eyniadlı komandası da əvvəl müxtəlif adlarla paytaxtı təmsil edib.
13 qələbəsi olan “Zirə” eyni sayda heç-heçə edib. Şamaxılılar isə 7 qalibiyyətə seviniblər. Bu üstünlük top fərqində də əksini tapıb. Qəsəbə klubu 41, bölgə təmsilçisi 30 dəfə fərqlənib.
“Keşlə” Bakıdan Şamaxıya köçüb adını dəyişdikdən sonra öz meydanında uğursuzluqları sıralayır. “Şamaxı” son 5 ev oyununda qol vurmayıb. “Zirə” səfərdə 7 matçdır uduzmur.
|
24.08.2015 |
Zirə - İnter |
0:0 |
|
31.10.2015 |
İnter - Zirə |
0:0 |
|
31.01.2016 |
Zirə - İnter |
2:1 |
|
20.05.2016 |
İnter - Zirə |
1:0 |
|
30.09.2016 |
İnter - Zirə |
1:1 |
|
28.11.2016 |
Zirə - İnter |
1:1 |
|
18.02.2017 |
İnter - Zirə |
1:1 |
|
10.04.2017 |
Zirə - İnter |
1:1 |
|
23.09.2017 |
Zirə - İnter |
1:1 |
|
18.11.2017 |
Keşlə - Zirə |
0:1 |
|
04.03.2018 |
Zirə - Keşlə |
1:2 |
|
21.04.2018 |
Keşlə - Zirə |
2:1 |
|
18.08.2018 |
Zirə - Keşlə |
2:2 |
|
21.10.2018 |
Keşlə - Zirə |
1:0 |
|
15.03.2019 |
Zirə - Keşlə |
2:0 |
|
05.05.2019 |
Keşlə - Zirə |
1:3 |
|
29.09.2019 |
Keşlə - Zirə |
2:0 |
|
24.11.2019 |
Zirə - Keşlə |
3:1 |
|
22.02.2020 |
Keşlə - Zirə |
4:0 |
|
26.09.2020 |
Keşlə - Zirə |
2:3 |
|
22.11.2020 |
Zirə - Keşlə |
3:1 |
|
20.02.2021 |
Keşlə - Zirə |
2:2 |
|
11.04.2021 |
Zirə - Keşlə |
0:0 |
|
11.09.2021 |
Keşlə - Zirə |
0:2 |
|
30.10.2021 |
Zirə - Keşlə |
2:0 |
|
07.02.2022 |
Keşlə - Zirə |
0:1 |
|
21.05.2022 |
Zirə – Şamaxı |
0:0 |
|
07.10.2022 |
Zirə – Şamaxı |
1:0 |
|
13.12.2022 |
Şamaxı - Zirə |
0:0 |
|
03.03.2023 |
Zirə – Şamaxı |
2:2 |
|
06.05.2023 |
Şamaxı - Zirə |
0:3 |
|
25.08.2024 |
Zirə – Şamaxı |
0:1 |
|
02.11.2024 |
Şamaxı - Zirə |
0:2 |
Qeyd edək ki, Şamaxıda keçiriləcək oyun saat 14:00-da başlayacaq.
İdman.biz
