Orxan Məmmədov “Hall Siti” və “Şelbrun”un sahibi ilə görüşüb - FOTO

Xəbərlər
23 Oktyabr 2023 15:42
157
Orxan Məmmədov “Hall Siti” və “Şelbrun”un sahibi ilə görüşüb - FOTO

“Zirə” Peşəkar Futbol Klubunun Müşahidə Şurasının sədri və Azərbaycan Minifutbol Federasiyasının (AMF) prezidenti Orxan Məmmədov Bakıda İngiltərənin “Hall Siti”, İrlandiyanın “Şelbrun” klublarının sahibi, türk iş adamı Acun Ilıcalı ilə görüşüb.

Bakı təmsilçisindən İdman.biz saytına verilən məlumata görə, görüş zamanı qarşılıqlı fikir mübadiləsi, gələcəkdə “Zirə” ilə əməkdaşlıq və ölkəmizdə əyləncə, idman və turizm sahələrinə sərmayələr haqqında müzakirələr aparılıb.

Sonda Ilıcalıya “Zirə” PFK-nın 10 nömrəli forması təqdim edilib.

İdman.biz