FIFA referilərimiz Avropa çempionatına təyinat alıblar

Xəbərlər
16 Oktyabr 2023 15:55
97
FIFA referilərimiz Avropa çempionatına təyinat alıblar

Azərbaycanın FIFA referiləri UEFA-dan təyinat alıblar.

İdman.biz xəbər verir ki, Elçin Məsiyev və köməkçisi Vüsal Məmmədov 17 yaşadək futbolçulardan ibarət komandalar arasında təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsinin 11-ci qrupunda keçiriləcək oyunlarında iş başında olacaqlar.

İtaliya, Yunanıstan, Şimali İrlandiya və San Marino komandalarının mübarizə aparacağı bu qrupun oyunları oktyabrın 25-dən 31-dək İtaliyada təşkil ediləcək.

İdman.biz