“Barselona”nın baş məşqçisi Hans-Diter Flik İspaniya klubundakı gələcəyinə aydınlıq gətirib.
İdman.biz xəbər verir ki, almaniyalı mütəxəssis La Liqa nəhəngində uzun illər keçirmək fikrində deyil.
59 yaşlı baş məşqçi “Barselona”da 10 il qalmaq variantına münasibət bildirib: “Bir klubda 10 il işləmək? Bu qədər uzun müddət qala biləcəyimi düşünmürəm. Mənim dörd nəvəm var. Onlar layiqdirlər ki, 70 yaşım olana qədər də vaxt ayırım”.
Qeyd edək ki, Flik 2024-cü ilin mayından İspaniya klubunu çalışdırır.
İdman.biz