Rusiya millisi DÇ-2026-nın seçmə mərhələsində iştirak etməyəcək.
İdman.biz xəbər verir ki, şimallılar seçmə mərhələnin dekabrın 13-də baş tutacaq püşkatmasına da qatılmayacaqlar.
UEFA və FİFA Rusiya ilə bağlı qərarını dəyişməyib. Bu üzdən yığma mundiala vəsiqə üçün mübarizədən kənar qalacaq.
Qeyd edək ki, Rusiya komandaları 2022-ci ilin fevralından növbəti qərar verilənə qədər bütün yarışlardan kənarlaşdırılıb. Növbəti qərar hələ verilmədiyi üçün bu ölkənin yığması DÇ-2022 və AVRO-2024-ün ardınca DÇ-2026-nı da buraxacaq.
İdman.biz