Vitali Kovalyov: “Şübhəsiz, nəsə oldu ki, “Sabah” kimi klubdan ayrıldım”

Xəbərlər
18 Noyabr 2024 13:16
89
Vitali Kovalyov: “Şübhəsiz, nəsə oldu ki, “Sabah” kimi klubdan ayrıldım”

"Bu haqda danışmaq istəmirəm. Klubla aramda olan məsələdir".

İdman.biz xəbər verir ki, bunu Sport24.az-a "Sabah"ın düşərgəsindən ayrılan qapıçılar üzrə məşqçi Vitali Kovalyov deyib.

47 yaşlı mütəxəssis yeni təkliflərə açıq olduğunu da bildirib: "Şübhəsiz, nəsə oldu ki, "Sabah" kimi klubdan ayrıldım. Xahiş edirəm artıq sual verməyin. Kimdən və ya nədən narazı qaldığımı, nəyə görə işimdən ayrıldığımı açıqlamayacam. Hələ ki, istirahət edirəm. Ümid edirəm tezliklə yenidən işbaşında olacam".

Qeyd edək ki, Kovalyov 2018-ci ildən "Sabah"da çalışırdı.

İdman.biz