“Roma”nın sabiq futbolçusu Rəşad Sadıqovun yolu ilə gedir

Xəbərlər
9 Noyabr 2024 15:31
86
“Roma”nın sabiq futbolçusu Rəşad Sadıqovun yolu ilə gedir

İtaliyanın “Roma” və “İnter” klublarının sabiq futbolçusu Adem Lyaiç qeyri-adi qərar verib.

İdman.biz xəbər verir ki, serbiyalı yarımmüdafiəçi 33 yaşında basketbolçu karyerasına başlayıb.

Superliqada çıxış edən “Novi Pazar”ın şərəfini qoruyan futbolçu qərarını klub rəhbərliyinə də çatdırıb. O, klubun basketbol komandasında oynayacaq. “Novi Pazar 1969” regional liqanın Qərb zonasında mübarizə aparır.

Lyaiç futbolçu karyerasını da bitirmir. O, həm futbol, həm basketbol komandasında çıxış edəcək.

Lyaiç basketbol oynayacaq ilk futbolçu deyil. “Zirə”nin baş məşqçisi, millimizin sabiq futbolçusu Rəşad Sadıqov da vaxtilə belə addım atıb. O, futbolçu kimi heç bir komandada sifariş oluna bilməməsi üzündən məcburiyyətdən basketbol çempionatında çıxış edib və Azərbaycan çempionu da olub. O, qısamüddətli basketbol həyəcanından sonra yenidən futbola qayıdıb.

Qeyd edək ki, idman tarixində bir neçə növlə, hətta paralel məşğul olan çoxsaylı nümunələr var.

İdman.biz