Obameyanq əməliyyat olundu

24 Sentyabr 2026 18:17
79
Obameyanq əməliyyat olundu

İspaniyanın “Deportivo” futbol komandasının hücumçusu Pyer-Emerik Obameyanq sağ dizindən uğurlu əməliyyat olunub.

İdman.Biz xəbər verir ki, 37 yaşlı forvard sentyabrın 24-də Madriddəki “Olympia” mərkəzində travmatoloq Manuel Leyes tərəfindən əməliyyat edilib. Müdaxilə futbolçunun “Betis”lə qarşılaşmada zədələdiyi sağ dizinin xarici meniskindəki problemi aradan qaldırmaq məqsədi daşıyıb.

Klubun məlumatına görə, Obameyanq gün ərzində xəstəxanadan buraxılacaq və bərpa prosesinə başlamaq üçün A-Korunyaya qayıdacaq. Onun komanda ilə məşqlərə nə vaxt dönəcəyi sağalma prosesindən asılı olacaq.

Qabonlu hücumçu zədəni La Liqanın yeddinci turunda “Betis”lə 1:1 hesabı ilə başa çatan oyunda alıb. O, həmin qarşılaşmada 65-ci dəqiqədə meydana daxil olmuşdu.

Obameyanq cari mövsümdə “Deportivo”nun ən məhsuldar futbolçusudur. O, yeddi turda beş qol vurub və iki məhsuldar ötürmə edib. Komandanın çempionatda vurduğu 10 qolun yarısı onun hesabındadır.

Qeyd edək ki, klub futbolçunun dəqiq bərpa müddətini açıqlamayıb. AS isə daha əvvəl hücumçunun təxminən bir ay yarım-iki ay yaşıl meydanlardan kənarda qala biləcəyini yazıb.

İdman.Biz