“Kəpəz” Portuqaliyadan qapıçı transfer edib

Xəbərlər
12 Oktyabr 2023 13:51
176
“Kəpəz” Portuqaliyadan qapıçı transfer edib

“Kəpəz” heyətini yeni qapıçı ilə gücləndirib.

Klubdan İdman.biz saytına verilən məlumata görə, portuqaliyalı İqor Rodriqes Gəncə təmsilçinin şərəfini qoruyacaq.

Onunla mövsümün sonuna kimi müqavilə bağlanıb.

Qolkiperin son klubu ölkəsində “Feyrense” olub. 28 yaşlı qapıçı Portuqaliyanın tanınmış komandalarından olan "Benfika" ilə müqavilə bağlasa da, icarə əsasında “Şaveş”, “Eştoril” və “Sportinq Kovilya” klubunda oynayıb.

İdman.biz