“Araz-Naxçıvan”ın futbolçusuna Moldovadan dəvət

Xəbərlər
31 Oktyabr 2024 15:25
303
“Araz-Naxçıvan”ın futbolçusuna Moldovadan dəvət

“Araz-Naxçıvan”ın futbolçusu Kristian Avram Moldova millisinə çağırılıb.

İdman.biz xəbər verir ki, qapıçı Millətlər Liqasının noyabrda keçiriləcək oyunları üçün heyətdə yer alıb.

Moldova millisi noyabrın 16-da Andorra, 3 gün sonra Cəbəllütariqlə qarşılaşacaq. Avramın komandası hər iki görüşü səfərdə keçirəcək.

Qeyd edək ki, Kristian noyabrın 11-dən 20-dək Moldova millisinin düşərgəsində olacaq.

İdman.biz