“Sabah”ın futbolçusu əməliyyat olunub

29 Oktyabr 2024 11:42
574
“Sabah”ın futbolçusu əməliyyat olunub

“Sabah”ın futbolçusu İvan Lepinitsa əməliyyat olunub.

İdman.biz xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Yarımmüdafiəçi Xorvatiyanın Zaqreb şəhərində yerləşən klinikalardan birində çiyin oynağının bankart lezionu və çiyin bağlarının yırtığı əməliyyatı keçirib.

Qeyd edək ki, əməliyyat uğurla başa çatıb.

İdman.biz