Qurban Qurbanov 15 pillə geriləyib

Xəbərlər
29 Oktyabr 2024 12:35
275
Qurban Qurbanov 15 pillə geriləyib

Dünyanın ən güclü məşqçilərinin siyahısı açıqlanıb.

İdman.biz xəbər verir ki, siyahıda planetin 500 ən güclü mütəxəssisi yer alıb.

Cədvəldə yeganə azərbaycanlı məşqçi Qurban Qurbanovdur. “Qarabağ”ın baş məşqçisi 1649 xala malikdir. O, dünyada 155-cidir.

52 yaşlı mütəxəssis ötən cədvəldəki mövqeyini əldən verib. 9 xal itirən Qurbanov 15 pillə geriləyib.

“Turan Tovuz”un rusiyalı baş məşqçisi Kurban Berdıyev 1790 xalla dünyada 59-cidir. O, iki pillə geri düşüb.

Millimizi çalışdıran Fernando Santuş 1624 xalla siyahıda 191-cidir. O, səkkiz pillə geriləmə yaşayıb.

Qeyd edək ki, siyahıya “Mançester Siti”nin 2242 xala malik çalışdırıcısı Pep Qvardiola başçılıq edir.

İdman.biz