“Sabahın ulduzları”ndan qol yağışı: “Neftçi” 6, “Vətən” 4 qol vurdu

13 Sentyabr 2026 15:19
79
“Sabahın ulduzları”ndan qol yağışı: “Neftçi” 6, “Vətən” 4 qol vurdu

“Sabahın ulduzları” Bakı kubokunun U-14 yaş qrupunda 11-ci tura start verilib.

İdman.Biz xəbər verir ki, turun dünən keçirilən ilk günündə üç qarşılaşma baş tutub.

EFA “Sumqayıt”a 3:4 hesabı ilə məğlub olub. EFA-nın qollarını Bəybala Məmmədov, Əli Hüseynli və Hüseyn Dalivanov vurublar. “Sumqayıt”ın heyətində Ramal Dünyamalı het-trik edib, Mehrac Əhmədli isə bir dəfə fərqlənib.

“Vətən” “Xan” üzərində 4:2 hesablı qələbə qazanıb. “Vətən”in heyətində Umut Şirvanlı üç qol vurub, Ayxan Abbasov isə bir dəfə rəqib qapısına yol tapıb. “Xan”ın qollarının müəllifləri Yusif Niftəliyev və Nasim Məmmədov olublar.

Günün ən məhsuldar oyununda “Neftçi” “Zirə”ni 6:2 hesabı ilə məğlub edib. “Neftçi”nin qollarını Adil Şabanov, Rəsul Abuzov, Məhəmməd Vəlizadə, Bəxtiyar Bayramlı, Daniyal Xəlil və Nihat Behbudov vurublar. “Zirə”nin heyətində Fərid Qasımov və İbrahim Hüseynzadə fərqləniblər.

Qeyd edək ki, bu gün 11-ci turun daha üç oyunu keçiriləcək. “Qarabağ” “Qəbələ” ilə, “Dostluq” “Ulduz”la, “Sabah” isə “Azərbaycan Qartalları” ilə qarşılaşacaq.

İdman.Biz