Rumıniya futbolda dünyada ilkə imza atdı: Qara kart göstəriləcək

13 Sentyabr 2026 15:11
72
Rumıniya futbolda dünyada ilkə imza atdı: Qara kart göstəriləcək

Rumıniya Futbol Federasiyası (FRF) uşaq və yeniyetmə komandalarının oyunlarında tamaşaçılar üçün qara kart tətbiq etməyə başlayıb.

İdman.Biz xəbər verir ki, yenilik valideynlərin və tribunadakı digər azarkeşlərin qeyri-adekvat davranışları, təzyiqi və təhqirlərinə qarşı mübarizə məqsədi daşıyır.

“Futbol uşaqlar üçün oyun, sevinc və sağlam inkişaf məkanı olaraq qalmalıdır. Bu tədbirlə FRF dünyada yalnız tribunadakı tamaşaçıların qeyri-etik davranışını cəzalandırmaq üçün xüsusi kart tətbiq edən yeganə futbol federasiyasına çevrilir”, - deyə federasiyanın açıqlamasında bildirilib.

Qara kart U-7-dən U-16-dək yaş kateqoriyaları üzrə keçirilən yarışlarda tətbiq olunacaq.

İdman.Biz