Azərbaycan Belarusla yoxlama oyunu keçirəcək

Xəbərlər
29 Oktyabr 2024 10:20
161
Azərbaycan Belarusla yoxlama oyunu keçirəcək

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Belarusda təlim-məşq toplanışı keçəcək.

İdman.biz xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.

U-21 hazırlıq çərçivəsində noyabrın 16-da və 19-da Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoldaşlıq görüşü keçirəcək.

Qeyd edək ki, oyunların yeri və başlama saatı hələlik dəqiqləşməyib.

İdman.biz

Məqalədə: