Türkiyə və İtaliyanın Avropa çempionata ev sahibliyi edəcəyi rəsmiləşib

Xəbərlər
10 Oktyabr 2023 14:34
156
Türkiyə və İtaliyanın Avropa çempionata ev sahibliyi edəcəyi rəsmiləşib

2032-ci ildə futbol üzrə Avropa çempionatına ev sahibliyi edəcək ölkələrin adı açıqlanıb.

İdman.biz UEFA-ya istinadən xəbər verir ki, yarış Türkiyə və İtaliyada təşkil olunacaq.

AVRO-2028-i isə Böyük Britaniya və İrlandiyanın qəbul edəcəyi də rəsmən açıqlanıb.

Bildirilib ki, oyunlar hər ölkənin 5 şəhərində keçiriləcək.

Qeyd edək ki, Türkiyə və İtaliyanın futbol elçiləri müvafiq olaraq, Volkan Dəmirəl və Canluici Buffon olub.

İdman.biz