“Mançester Yunayted”in baş məşqçisi Maykl Kerrik UEFA Çempionlar Liqasının əsas mərhələsində “Sabah”a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb.
İdman.Biz xəbər verir ki, 45 yaşlı mütəxəssis bu barədə qarşılaşmadan əvvəl keçirilən mətbuat konfransında danışıb.
Kerrik Çempionlar Liqasına qayıtmağın xoş olduğunu və turnirdə mümkün qədər uzun müddət mübarizə aparmaq istədiklərini bildirib:
“Yenidən Çempionlar Liqasında olmaq xoşdur. Burada iştirakımızın müddətini mümkün qədər uzatmağa çalışacağıq. Qarşıda bizi böyük çağırışlar gözləyir. Çempionlar Liqasındakı oyunları səbirsizliklə gözləyirik”.
İngiltərəli çalışdırıcı “Sabah”ın oyun üslubunu da dəyərləndirib:
“Hazırlıqlı və özünəməxsus oyun üslubuna malik komanda olduqlarını aydın şəkildə görmək mümkündür. Bir çox matçda qalib gəliblər və inamlı çıxış edirlər. Komanda olaraq yaxşı təzyiq göstərir, meydanda öz oyunlarını sərgiləməyə çalışırlar.
“Sabah”ın bir sıra üstün cəhətləri var. Topla meydanın müxtəlif zonalarında irəliləyə və təhlükəli hücumlar qura bilirlər. Buna görə də sabah hansı rəqiblə qarşılaşacağımızın və bizi gözləyən çətinliklərin tam fərqindəyik”.
Qeyd edək ki, “Mançester Yunayted” - “Sabah” qarşılaşması sentyabrın 10-da “Old Trafford” stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
