Uesli Sneyder Ronaldonun hədiyyə etdiyi formanı satır - FOTO/VİDEO

9 Sentyabr 2026 17:45
63
Uesli Sneyder Ronaldonun hədiyyə etdiyi formanı satır - FOTO/VİDEO

“Qalatasaray”ın və Niderland millisinin sabiq futbolçusu Uesli Sneyder karyerası ərzində topladığı bir sıra qiymətli xatirə əşyalarını hərraca çıxarmaq qərarına gəlib.

İdman.Biz xəbər verir ki, satışa çıxarılacaq əşyalar arasında Sneyderin 2010-cu il dünya çempionatında turnirin ikinci ən yaxşı futbolçusu kimi aldığı “Gümüş top” da var. Həmçinin həmin mundialın iştirakçı medalı və 2014-cü il dünya çempionatında qazandığı bürünc medal da hərraca təqdim olunacaq.

Kolleksiyanın diqqətçəkən nümunələrindən biri də Kriştianu Ronaldunun “Real Madrid”də çıxış etdiyi dövrdə geyindiyi formadır. Həmin forma Çempionlar Liqasında “Qalatasaray”la matçda istifadə olunub və Ronaldu həmin görüşdə het-trik edib.

Sneyder qərarını belə izah edib:

“Xatirələr burada - ürəyimdədir. Bu əşyaların hər biri mənim üçün xüsusi olan oyunlar və anlarla bağlıdır. İndi həmin xatirələri futbolsevərlər və kolleksiyaçılarla bölüşmək mənə xoş gəlir. Əgər bunlarla başqa insanları sevindirə bilərəmsə, məmnun olaram”.

Hərraca çıxarılacaq əşyalar arasında Niderland millisinin 2010-cu il dünya çempionatının 1/4 finalında Braziliyanı məğlub etdiyi oyunun topu da yer alır. Sneyder həmin qarşılaşmada başla qol vuraraq komandasının qələbəsində mühüm rol oynayıb.

Bundan başqa, Sneyderin “İnter”lə 2011-ci ildə İtaliya Kubokunu qazanmasına görə aldığı qızıl medal da kolleksiyanın bir hissəsidir.

İdman.Biz