Bədavi ilə Mahiri bu gün nə gözləyir?

Xəbərlər
14 Oktyabr 2024 11:44
1 310
Bədavi ilə Mahiri bu gün nə gözləyir?

Azərbaycan millisi bu gün Slovakiya ilə qarşılaşacaq.

İdman.biz xəbər verir ki, Millətlər Liqasının IV turunun Bakıdakı qarşılaşması iki futbolçu üçün əlamətdar yubileylə yadda qalacaq.

Hazırkı heyətdə ən böyük milli təcrübəsi olan Bədavi Hüseynov meydana çıxsa, yığmada 75-ci oyununu keçirəcək.

Bununla da müdafiəçimiz Tərlan Əhmədovla Mahmud Qurbanova çatacaq. O, yığma tarixinin 7-cisi adına şəriklərə qoşulacaq. Yalnız 6 futbolçu daha çox matça çıxıb.

Mahir Emreli isə “50”ni gözləyir. 49 dəfə milli forma geyən hücumçu Slovakiya ilə görüşdə şans qazansa, “100”ü yarılayacaq. O, milli formada 50 və daha çox oyun keçirən 21-ci oyunçu olacaq.

Bugünkü qarşılaşma Fernandu Santuşun sərəncamında olan digər 21 futbolçudan bəziləri üçün də əlamətdar ola bilər. Onlardan üçü debütünü gözləyir. Aydın Bayramov, Zamiq Əliyev və Vadim Abdullayev indiyədək əsas yığmada heç bir rəsmi matça çıxmayıblar.

Tofiq Bəhramov adına Respublika stadionundakı matç bəzi oyunçular üçün yubileylə əlamətdar ola bilər. Elvin Cəfərquliyevlə Abbas Hüseynov 25-ci, Rüstəm Əhmədzadə və Ozan Can Kökçü 10-cu dəfə milli forma geyinməyi gözləyir. Yığmada vurduğu 14 qolla tarixin ən yaxşı bombardiri adına şərik olan Emin Mahmudov daha bir dəfə fərqlənsə, Qurban Qurbanovu arxada qoyacaq.

Qeyd edək ki, Azərbaycan – Slovakiya matçı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

futbolçu

oyun

qol

Bədavi Hüseynov

74

1

Ramil Şeydayev

66

10

Emin Mahmudov

51

14

Mahir Emreli

49

6

Anton Krivotsyuk

38

1

Renat Dadaşov

33

4

Coşqun Diniyev

26

0

Toral Bayramov

26

3

Aleksey İsayev

25

1

Elvin Cəfərquliyev

24

1

Abbas Hüseynov

24

0

Rahil Məmmədov

20

0

Qismət Alıyev

12

0

Ozan Can Kökçü

9

0

Rüstəm Əhmədzadə

9

0

Ceyhun Nuriyev

7

0

Şəhriyar Əliyev

4

0

Mehdi Cənnətov

4

-9

Xəyal Nəcəfov

2

0

Yusif İmanov

1

-4

Aydın Bayramov

0

0

Zamiq Əliyev

0

0

Vadim Abdullayev

0

0

Vüqar Xeyrullayev
İdman.biz