Krunoslav Renduliç: "Uşaq səhvləri etməməlisiz"

Xəbərlər
5 Oktyabr 2024 22:49
356
Krunoslav Renduliç: "Uşaq səhvləri etməməlisiz"

"Oyuna çox yaxşı başladıq. 5-ci dəqiqədə qol vurduq. Əfsuslar olsun ki, 3 dəqiqə sonra səhv etdik".

İdman.biz xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Krunoslav Renduliç deyib.

Xorvatiyalı mütəxəssis Misli Premyer Liqasının IX turunda "Araz-Naxçıvan"la oyunda qeydə alınan 1:1 hesablı nəticəni şərh edib: "Yaxşı oynamaq istəyirsizdə, belə uşaq səhvləri etməməlisiz. Rəqib 35 metrdən uzun topla fərqlənir. Mən buna şərh verməyə çətinlik çəkirəm. Qol buraxdıqdan sonra birinci hissədə pis oynadıq. Sanki futbolçuların ayaqları getmirdi. İkinci toplarda problemimiz var idi. İkinci hissədə daha yaxşı oynadıq. Amma nəticədə bərabərliyə razı olduq. Səmimi desəm, hədəflədiyimizdən 2-3 xal az toplamışıq. Birinci dövrədə heç nədən xallar itirdik. "Qarabağ"la oyunda xal qazanmağa layiq idik. Amma ötən mövsümün ilk dövrəsi ilə müqayisə etsək, bu il çox yaxşıyıq. İrəlidə çox oyun var. İkinci dövrədə daha çox xal toplayacağıq.

Qeyd edək ki, "Sabah" 1-ci dövrəni 15 xalla 5-ci pillədə başa vurub.

İdman.biz