“Qarabağ”ın sabiq futbolçusu dünyasını dəyişib

10 Sentyabr 2026 13:32
76
“Qarabağ”ın sabiq futbolçusu dünyasını dəyişib

“Qarabağ” komandasının sabiq futbolçusu Hüseyn Əhmədov vəfat edib.

İdman.Biz xəbər verir ki, bu barədə Ağdam klubunun kapitanı olmuş Səttar Əliyev qol.az-a bildirib.

“Saşa” ləqəbli sabiq qapıçı 77 yaşında Rusiyanın Sankt-Peterburq şəhərində dünyasını dəyişib.

1949-cu ildə Ağdam rayonunda anadan olmuş H.Əhmədov 1970 və 80-ci illərdə “Qarabağ” komandasında çıxış edib.

Bir vaxtlar “Neftçi”, “Avtomobilçi”də də oynayan H.Əhmədov 1988-ci ildə “Qarabağ” komandası ilə birgə Azərbaycan çempionu adını qazanıb.

İdman.Biz