Pol Poqbanın B testi də müsbət nəticə verib

Xəbərlər
6 Oktyabr 2023 16:52
154
Pol Poqbanın B testi də müsbət nəticə verib

Dopinqdə ittiham olunan "Yuventus"un yarımmüdafiəçisi Pol Poqba B testi verib.

İdman.biz xəbər verir ki, testin nəticələri bu dəfə də müsbət çıxıb.

Bu səbəbdən də 30 yaşlı Poqbanın 2 ildən 4 ilədək müddətə diskvalifikasiya ediləcəyi gözlənilir. "Yuventus" isə futbolçu ilə müqavilənin bəzi bəndlərini rəhbər tutaraq, maaşını dayandırmağa hazırlaşır.

Klub hətta fransız futbolçu ilə müqavilənin vaxtından əvvəl ləğvi variantını da nəzərdən keçirir.

İdman.biz