"Liverpul" və İngiltərə millisinin futbolçusu Trent Aleksander-Arnold Fransa Liqa 1-də çıxış edən "Nant" klubunun səhm payı üçün 100 milyon avrodan çox məbləğ təklif edib.
İdman.biz "L’Equipe" nəşrinə istinadən verdiyi məlumata görə, Fransanın 8 qat çempionu “Nant” bu mövsüm 4 turdan sonra 7 xalla ölkə çempionatında 5-ci pillədə qərarlaşıb.
İdmana sərmayə qoymaq Aleksander-Arnold ailəsinin çoxdankı marağıdır. 2023-cü ildə onlar “Formula-1” komandası "Alpine"in səhmlərinin sahibi olublar. Futbolçu, eyni zamanda, "Reksem" futbol klubunun ortaq sahiblərindən biridir.
İdman.biz