Rahim Sterlinq İngiltərənin 4 fərqli klubu ilə Çempionlar Liqasında oynayan ilk futbolçu olmaqla tarixə düşüb.
İdman.biz xəbər verir ki, o, "Arsenal"ın səfərdə "Atalanta" ilə 0:0 hesablı heç-heçə etdiyi matçda meydana sonradan daxil olub.
Cinah oyunçusu daha əvvəl Çempionlar Liqasında "Liverpul", "Mançester Siti" və "Çelsi"nin formasını geyinib.
Qeyd edək ki, Sterlinq 2022-ci ildən “Çelsi”nin oyunçusudur və o, bu il avqustun 30-da icarə əsasında “Arsenal”a keçib.
İdman.biz