Fransa millisinin yeni baş məşqçisi Zinəddin Zidanın Didye Deşamın dövründə milli komandaya çağırılmamış doqquz futbolçunu heyətə dəvət etməyi planlaşdırır.
İdman.Biz Fransa mediasına istinadən xəbər verir ki, yeni futbolçuların hamısı Avropanın aparıcı çempionatlarında oynayır. \
Onların siyahısı belədir: Olivye Boskali (“Brayton”), Jeremi Jak (“Liverpul”), Esteban Lepol (“Renn”), Lukaş Da Kunya (“Komo”), Andi Diuf (“İnter”), Pablo Paji (“Paris”), Enzo Le Fe (“Sanderlend”), Pyer Ganiu (“Lens”) və Mattye Yudol (“Lens”).
Xatırladaq ki, Zidanın rəhbərliyi altında ilk matçını Fransa millisi sentyabrın 25-də səfərdə Millətlər Liqasının qrup mərhələsinin birinci turunda Türkiyə komandasına qarşı keçirəcək.
