Rodri “Barselona”da onu ən çox təəccübləndirən futbolçunun adını açıqladı

15 Sentyabr 2026 20:17
67
Rodri “Barselona”da onu ən çox təəccübləndirən futbolçunun adını açıqladı

“Barselona”nın futbolçusu Rodri Rafinyanın onu nə üçün ən çox təəccübləndirdiyini açıqlayıb.

İdman.Biz “Mundo Deportivo”ya istinadən xəbər verir ki, İspaniyalı yarımmüdafiəçi Rafinyanın fiziki göstəricilərindən və yüksək səviyyəli oyunundan heyrətləndiyini bildirib

Rafinya məni inanılmaz dərəcədə təəccübləndirdi. Söhbət onun nə dərəcədə yüksək səviyyəli oyunçu olmasından getməsə də, o, heyranedicidir və forması sadəcə qeyri-adi yaxşıdır. Həm də məni o əyləndirir ki, o, mənim yaşıdım olsa da, inanılmaz fiziki göstəricilərə malikdir... Əlbəttə, biz fərqli futbolçularıq, bu, göz qabağındadır, amma ola bilər ki, Rafinyanın 24 və ya 25 yaşı olsun. Amma yox, onun 30 yaşı var və bacarıqları ağılasığmazdır”, - deyə Rodri söyləyib.

Qeyd edək ki, Rafinya cari mövsümdə bütün turnirlərdə 6 matçda iştirak edib. O, bu görüşlərdə 8 qol vurub və 3 məhsuldar ötürmə edib.

İdman.Biz