Enzo Fernandesə görə VAR hakimləri cəzalandırıldı

15 Sentyabr 2026 20:58
79
Enzo Fernandesə görə VAR hakimləri cəzalandırıldı

İngiltərə Premyer Liqasınıb dördüncü turunda keçirilən “Mançester Yunayted” – “Mançester Siti” (0:1) matçında VAR-da olan hakim Mett Donohyu və onun köməkçisi Bleyk Antrobusa “Mançester Yunayted”in oyunlarında işləmək qadağan edilib.

İdman.Biz xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Həmçinin onların Premyer Liqanın beşinci turunun matçlarına təyinat almayacağı bildirilib.

Xatırladaq ki, matçdan sonra hakim qurumu olan “Pro Ref” vurğulayıb ki, “şəhərlilər”in hücumçusu Erlinq Holandın 60-cı dəqiqədə vurduğu qol epizodunda hakimlər norveçlinin komanda yoldaşı Enzo Fernandesin ofsaydda olmasını nəzərdən qaçırıblar.

İdman.Biz