Foden meydandan niyə qovuldu? - Hakimlərin VAR danışığı üzə çıxdı

15 Sentyabr 2026 21:44
74
Foden meydandan niyə qovuldu? - Hakimlərin VAR danışığı üzə çıxdı

İngiltərə Premyer Liqası “Mançester Yunayted” – “Mançester Siti” (0:1) matçının baş hakimi Maykl Oliver ilə VAR arasında “şəhərlilər”in futbolçusu Fil Fodenin 23-cü dəqiqədə rəqib yarımmüdafiəçisi Brunu Fernandeşə ayaq zərbəsi vurduğuna görə meydançadan qovulduğu epizoddakı danışıqların stenoqramını təqdim edib.

İdman.Biz xəbər verir ki, baş hakim VAR-a və futbolçulara Fodenə qırmızı qərəqə verəcəyini bildirir.

Danışıqlar aşağıdakı kimi olub:

Oliver: Fil Foden üçün qırmızı vərəqə. Brununun korpusuna zərbə.

VAR: Yaxşı, mənim üçün bu, açıq-aşkar qırmızı vərəqəyə oxşayır. İkinci dərəcəli hərəkət. Deyəsən, bu, ikinci dərəcəli hərəkətdir, məndə də bu bucaq var. Qırmızı vərəqə. Yaxşı, təsdiqləməyə hazırıq?

Hakim – “Mançester Siti”nin oyunçularına: Fil Foden üçün qırmızı vərəqə. Brununun korpusuna zərbə. Məncə, onlar mübarizədə qarışıblar, aralandıqda isə, mənim fikrimcə, Fil onu vurur. Amma yoxlayacaqlar.

VAR: “Mançester Siti”nin 47 nömrəli oyunçusuna qırmızı vərəqəni təsdiqləyirəm. İki ayaqla qarına zərbə. Yoxlama başa çatdı, yoxlama başa çatdı. Yoxlamaq üçün epizodu yenidən izləyin. Brununun heç nə etmədiyindən əmin olmaq üçün sadəcə geri baxın. Mən tam əminəm ki, o, heç nə etmir... Yox, o, topa zərbə endirir, hər şey qaydasındadır.

AVAR(VAR hakiminin köməkçisi): Xeyr, başqa epizoddur. Söhbət bundan getmir... Onlar başqa şeydən danışırlar.

VAR: Minimal toxunuş. Bu, bizim üçün deyil, hər şey qaydasındadır.

AVAR: Hə, razıyam.

İdman.Biz