Çempionlar Liqası: “Mançester Siti”dən xal itkisi, PSJ son dəqiqədə sevinib

Xəbərlər
19 Sentyabr 2024 00:54
590
Çempionlar Liqası: “Mançester Siti”dən xal itkisi, PSJ son dəqiqədə sevinib

Bu gün UEFA Çempionlar Liqasında I turun növbəti oyunları keçirilib.

İdman.biz xəbər verir ki, 2-ci oyun günündə 6 qarşılaşma baş tutacaq.

Günün mərkəzi matçı İngiltərədə təşkil olunub. “Mançester Siti” “İnter”i sınağa çəkib. 90 dəqiqə ərzində qapılara qol vurulmayıb.

Ötən ilin finalçısı “Borussiya Dortmund” isə Belçikada “Brügge”nin qonağı olub. Oyun qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

PSJ debünant "Jirona" ilə qarşılaşmada qələbə topunu 90-cı dəqiqədə vurub.

UEFA Çempionlar Liqası
18 sentyabr
I tur

20:45. “Bolonya” – “Şaxtyor” - 0:0
20:45. “Sparta Praqa” – “Zalsburq” - 3:0
23:00. “Seltik” – “Slovan” - 5:1
23:00. “Brügge” – “Borrusiya Dortmund” - 0:3
23:00. “Mançester Siti” – “İnter” - 0:0
23:00. PSJ – “Jirona” - 1:0

Qeyd edək ki, I turun oyunları 3 gün ərzində keçiriləcək.

İdman.biz