Avropa Liqası: "Qarabağ" Top-5-də qərarlaşıb

Xəbərlər
4 Oktyabr 2023 18:15
128
Avropa Liqası: "Qarabağ" Top-5-də qərarlaşıb

UEFA Avropa Liqasının qrup mərhələsində iştirak edən və formada olan komandaların adları açıqlanıb.

İdman.biz yarışın rəsmi "X" (tvitter) sosial şəbəkə hesabına istinadən xəbər verir ki, "10-luq"da "Qarabağ" da yer alıb.

Azərbaycan təmsilçisi 5-ci pillədə qərarlaşıb. Siyahı yerli çempionat və Avropa Liqasının nəticələrinə əsasən tərtib olunub. "Köhlən atlar" keçirdiyi son 5 qarşılaşmanın dördündə qələbə qazanıb, birində məğlub olub.

Komandanın qrup mərhələsində rəqiblərindən olan Almaniyanın "Bayer" klubu birinci, Norveç çempionu "Molde" isə 10-cu sıradadır.

İdman.biz