İsveç millisinin hazırkı heyətində Zlatan İbrahimoviç və Henrik Larsson kimi ulduz hücumçular olmasa da, bəzi adlar diqqət çəkir.
İdman.biz xəbər verir ki, ilk növbədə Viktor Qyökeresi qeyd etmək lazımdır: 26 yaşlı futbolçu hazırkı mövsümdə 4 oyuna 7 qol vurub, komandası “Sportinq” də Portuqaliya çempionatında liderdir.
O, ötən mövsüm də 29 qolla Portuqaliyada bombardir olmuşdu. İsveç millisinin 20 oyununda 6 dəfə rəqib qapılarına yol tapan Gyökeres 2023-cü ilin martında Azərbaycan millisini də məyus edib.
Bu il 2 qolla İsveç komandasının ən məhsuldar oyunçusu olan Qustaf Nilsson isə ümumilikdə millidə 3 dəfə fərqlənib. 27 yaşlı forvard “Brügge”nin heyətində bu mövsüm 6 oyunda 2 qola imza atıb.
Ötən mövsüm “Nyukasl”da 21 qolla Premyer Liqanın ən sərrast oyunçularından biri olan Aleksander İsak hazırkı mövsüm 3 oyuna 1 dəfə fərqlənib.
İdman.biz