“Trabzonspor” “Qalatasaray”la, “Roma” “İnter”lə qarşılaşacaq - GÜNÜN AFİŞASI

19 Sentyabr 2026 10:36
95
“Trabzonspor” “Qalatasaray”la, “Roma” “İnter”lə qarşılaşacaq - GÜNÜN AFİŞASI

Bu gün Avropanın aparıcı futbol çempionatlarında bir sıra maraqlı oyunlar keçiriləcək.

İdman.Biz xəbər verir ki, günün mərkəzi qarşılaşması Romada keçiriləcək. Burada “Roma” “İnter”i qəbul edəcək. Hər iki komanda A Seriyasının ilk dörd turunda qələbə qazanıb və 12 xal toplayıb. “Roma” top fərqinə görə turnir cədvəlinə başçılıq edir.

İngiltərənin son çempionu “Arsenal” səfərdə ötən turda “Koventri”ni 5:0 hesabı ilə darmadağın edən “Brayton”la qarşılaşacaq. Bundan əvvəl isə “Tottenhem” və “Aston Villa” Premyer Liqada bu mövsüm ilk qələbələrini qazanmağa çalışacaqlar.

Bundesliqanın əsas oyunlarından biri “Ştutqart”la Dortmund “Borussiya”sı arasında keçiriləcək. Türkiyədə “Trabzonspor” “Qalatasaray”ı qəbul edəcək. İspaniyada isə turun oyun günü “Sevilya” – “Barselona” qarşılaşması ilə başa çatacaq.

19 sentyabr

İngiltərə Premyer Liqası

15:30. “Tottenhem” – “Aston Villa”
18:00. “Brayton” – “Arsenal”

A Seriyası

20:00. “Roma” – “İnter”

Bundesliqa

20:30. “Ştutqart” – “Borussiya” Dortmund

Türkiyə Super Liqası

21:00. “Trabzonspor” – “Qalatasaray”

Liqa 1

22:45. “Lion” – “Renn”

La Liqa

23:00. “Sevilya” – “Barselona”

Qeyd edək ki, qarşılaşmaların başlama saatları Bakı vaxtı ilə göstərilib.

İdman.Biz