İtaliya futbolunun əfsanəvi futbolçusu vəfat edib

19 Sentyabr 2026 10:56
91
İtaliya futbolunun əfsanəvi futbolçusu vəfat edib

İtaliya futbolunun əfsanəvi futbolçusu Sandro Mazzola 83 yaşında vəfat edib.

İdman.Biz xəbər verir ki, karyerasının tamamını “İnter”də keçirən Mazzola 1961-1977-ci illərdə Milan təmsilçisinin formasını geyinib. O, klubda 565 rəsmi oyuna çıxıb və 161 qol vurub.

Mazzola “İnter”lə 4 dəfə İtaliya çempionu, 2 dəfə Avropa Kubokunun və 2 dəfə Qitələrarası Kubokun qalibi olub. 1965-ci ildə A Seriyasının bombardiri adını qazanıb.

İtaliya millisində 70 oyun keçirən Mazzola 1968-ci ildə Avropa çempionu olub. O, 1970-ci ildə dünya çempionatında finala yüksələn yığmanın da heyətində yer alıb.

Mazzola 1971-ci ildə “Qızıl top” səsverməsində ikinci olub. O, “Grande Torino”nun əfsanəvi futbolçusu Valentino Mazzolanın oğlu idi.

Futbolçu karyerasını başa vurduqdan sonra da “İnter”də rəhbər vəzifələrdə çalışıb.

İdman.Biz