"Barselona"da futbolçu məşqə buraxılmayıb - Flikdən sərt qərar

Xəbərlər
4 Sentyabr 2024 00:23
1 297
"Barselona"da futbolçu məşqə buraxılmayıb - Flikdən sərt qərar

"Barselona"nın baş məşqçisi Hans-Diter Flik komandanın liderlərindən birini məşqdən kənarlaşdırıb.

İdman.biz xəbər verir ki, buna səbəb futbolçunun məşqə gecikməsi olub.

Almaniyalı mütəxəssis komandada ciddi intizam qaydaları tətbiq edib. Adı açıqlamayan oyunçulardan biri yatıb qaldığı üçün məşqə gecikməsi onun hazırlıqdan kənarda qoyub.

Qeyd edək ki, Flikin rəhbərliyi "Barselona" mövsümə uğurlu start götürüb. Komanda keçirdiyi 4 oyunu qələbə ilə başa vurub.

İdman.biz