UEFA C kateqoriyalı məşqçi kursunun II mərhələsi başlayıb - FOTO

3 Sentyabr 2024 12:23
407
UEFA C kateqoriyalı məşqçi kursunun II mərhələsi başlayıb - FOTO

AFFA-nın inzibati binasının konfrans zalında qadın məşqçilər üçün UEFA C kateqoriyalı məşqçi kursunun II mərhələsi başlayıb.

İdman.biz xəbər verir ki, təlimatçı İlham Əzizzadənin rəhbərlik etdiyi məşğələ sentyabrın 6-dək davam edəcək.

Qeyd edək ki, qadınlar üçün UEFA C kateqoriyalı məşqçi kursunun I mərhələsi avqustun 13-16-da keçirilib.

İdman.biz