Azərbaycan klubları avrokuboklarda yeni rekorda imza atıb.
İdman.biz xəbər verir ki, təmsilçilərimiz buna məhsuldarlıqda nail olub.
Futbolçularımız təsnifat və pley-off mərhələlərində 34 qol vurub. Bunun 15-nə “Qarabağ”, 12-nə “Zirə”, 6-na “Sabah”, 1-nə “Sumqayıt” imza atıb.
Bu, Azərbaycan klublarının avrokubokların bu hissəsi üçün yeni rekordudur. Təmsilçilərimiz ötən mövsüm qrupa qədər olan matçlarda 33 qola imza atmışdı.
“Zirə”nin “Omoniya” ilə Konfrans Liqasının pley-offunun cavab matçındakı top 34-cü olub. Rafael Utziqin qolu ötən mövsümdəki rekordu arxada qoymaq üçün kifayət edib.
Bu qollar 20 matça vurulub. “Zirə” 8, “Qarabağ” 6, “Sabah” 4, “Sumqayıt” 2 görüşə çıxıb. Komandalarımızın orta məhsuldarlığı 1,70-ə bərabərdir.
Qeyd edək ki, klublarımız Avropada 1994/95 mövsümündə debüt edib.
İdman.biz