Van Deyk jurnalistlə mübahisə edib

25 Sentyabr 2026 13:26
91
Van Deyk jurnalistlə mübahisə edib

Niderland futbol millisinin mərkəz müdafiəçisi Vircil van Deyk UEFA Millətlər Liqasının qrup mərhələsinin ilk turunda Almaniya ilə oyundan (1:1) sonra jurnalistlə mübahisə edib.

İdman.Biz xəbər verir ki, jurnalistin Van Deykin müsahibələr zamanı çox susqun olması və jurnalistlərlə ünsiyyətdən narahatlıq keçirməsi ilə bağlı fikirlərinə futbolçu sərt reaksiya verib.

“Jurnalistlərin böyük əksəriyyəti ilə heç bir problemim yoxdur. Amma bəzən bəziləri cəfəngiyyat yazır və yalan danışırlar. Mən bununla nə edə bilərəm? Deyirsən ki, həmin şəxslə birbaşa danışmalıyam. Elə indi də məhz bunu edirəm”, - deyə Van Deyk bildirib.

İdman.Biz