“Səbail” Premyer Liqaya yüksəlsə, büdcəsi 10 milyon manat olacaq

25 Sentyabr 2026 13:32
88
“Səbail” Premyer Liqaya yüksəlsə, büdcəsi 10 milyon manat olacaq

Birinci Liqanın iddialı klublarından olan “Səbail” futbol klubu daha böyük hədəflər uğrunda mübarizə aparmaq niyyətindədir.

İdman.Biz sport24.az-a istinadən xəbər verir ki, klubun yeni rəhbərliyi qarşıya bir sıra ciddi hədəflər qoyub.

Qubanı təmsil etmək qərarına gələn “Səbail”in hazırkı büdcəsi iki milyon manat təşkil edir. Bu məbləğ dövlət tərəfindən ayrılan vəsait nəzərə alınmadan, klub rəhbərliyinin komandaya ayırdığı maliyyədir.

Paytaxt təmsilçisi Premyer Liqaya vəsiqə qazanacağı təqdirdə isə büdcənin əhəmiyyətli dərəcədə artırılması planlaşdırılır.

Bildirilib ki, bu halda klubun illik büdcəsi beş dəfə artırılaraq 10 milyon manata çatdırılacaq.

Qeyd edək ki, “Səbail” Birinci Liqanın ilk üç turundan sonra yeddi xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb.

İdman.Biz
Məqalədə: