Lukakunun transferi rəsmiləşib

Xəbərlər
29 Avqust 2024 18:37
326
Lukakunun transferi rəsmiləşib

"Napoli" Romelu Lukakunun transferini rəsmiləşdirib.

İdman.biz xəbər verir ki, bu barədə Neapol klubu açıqlama yayıb.

Belçikalı forvardla 2027-ci ilin yayına kimi müqavilə imzalanıb. Bu keçid üçün "Napoli" "Çelsi"yə 30+15 milyon avro ödəyəcək.

Qeyd edək ki, Lukaku son mövsümün icarə əsasında "Roma"da keçirib. O, 47 oyunda 21 qol və 4 ötürmə ilə yadda qalıb.

İdman.biz